Биография
Гасымов Алиш Авез оглы родился 01.07.1956г. в селе Соганвердиляр Бардинского района Азербайджанской ССР. В 1979 г. поступил на факультет журналистики Азербайджанского Государственного Университета имени С.М.Кирова. В 1982 г. был переведен в Московский Государственный Университет имени М.В.Ломоносова и в 1985 г. окончил факультет журналистики МГУ.
В 1987 – 1991 гг. работал в Центральном бюро научной информации Министерства местной промышленности РСФСР (Москва) на должностях редактора и ведущего редактора.
Работал в редакции всесоюзного журнала «Нефтяник» (1991 – 1995 гг.) научным редактором, ответственным секретарем – заместителем главного редактора журнала, корреспондентом газеты «Российская Федерация», шеф редактором и главным редактором азербайджанской части российско-азербайджанской газеты «Азеррос», В 2002 г. учредил общероссийской газеты «Диаспора информ».
Имеет много публикаций в различных печатных органах на азербайджанском и русском языках, а также две брошюры об экономике и социальной жизни населения.
Стихи пишет с ранних лет. Они опубликованы в разных газетах, журналах Азербайджана, России, Турции и интернет-сайтах, озвучены на радио и ТВ. В 2003 г вышел в свет сборник его стихов и поэм «Матушка Тертер»
Является членом союзов писателей и журналистов России и Азербайджана, а также Международной федерации Журналистов, Международной ассоциации Писателей. Награжден «Орденом Маяковского» Союза писателей России, Почетной грамотой Союза журналистов России, «Медалью Керим Керимова» Федерации космонавтов России (за публикации о космонавтике).
В настоящее время работает в Государственном историческом музее России.
TƏRCÜMEYİ-HAL
Əliş ƏVƏZ
Qasımov Әliş Әvәz oğlu 1 iyul 1956-cı ildә anadan olub. Bәrdә rayonunun Piyadalar kәndindәndir. 1973-cü ildә Kәtәlparaq kәnd orta mәktәbini, 1985-ci ildә Lomonosov adına Moskva Dövlәt Universitetinin jurnalistika fakültәsini bitirib.
Moskvada sovet Rusiyasının Yerli Sәnaye Nazirliyinin Elmi informasiya bürosunda redaktor vә mәsul redaktor (1987-1991), Ümumittifaq “Neftyanik” kütlәvi-informatik jurnalında elmi redaktor, mәsul katib-baş redaktorun müavini (1991-1995), “Rossiyskaya Federasiya” qәzetinin xüsusi müxbiri, İsveçrәnin “Konkvest Bekkbon SA” şirkətinin Rusiya nümayәndәliyindә reklam şöbәsinin rәһbәri (1990-cı illәrin axırları) işləyib.
2000-ci ildən Moskvada Azərbaycan dilində qəzetlərin yaranmasında (“Azәrbaycanın sәsi”, “Azәrbaycan diasporu”, “Asudә vaxt”, “Azәrros”, “Azərbaycan konqresi”) fəal iştirak edib. “Azәrbaycanın sәsi” qəzetinin direktoru vә redaktoru, 2004-cü ilin martından çıxan “Azәrros” qəzetinin şef-redaktoru, azərbaycan variantının baş redaktoru olub. Dünyəvi “21 Azәr” jurnalının Moskva tәmsilçisi vәzifәsini yerinә yetirib. Ümumrusiya “Diaspora inform” qәzetinin tәsisçisi (2002-ci il) vә baş redaktoru, Rusiya Federasiyası Dövlәt Tarix Muzeyinin әmәkdaşıdır. Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi-ictimai Cəmiyyətinin təsisçilərindən biri olmaqla, onun idarə heyətinin üzvü və ədəbi əlaqələr üzrə katibidir. Şeirləri Azərbaycan mətbuatında vaxtaşırı dərc olunur, radio-televiziyada səslənir, rus və türk dillərində Rusiyada və Türkiyədə çap olunmuşdur.
Әliş Әvәz “Ana Tәrtәr” (2003) poeziya kitabının müәllifidir, “Dünyanın iki qapısı” adlı şeirlәr və poemalar ktabı çapa һazırlanır, iqtisadiyyata və əhalinin sosial vəziyyətinə aid iki elmi broşüranın müəllifidir.
O, Rusiya və Azәrbaycan yazıçılar və jurnalistlәr birliklərinin, Beynәlxalq Jurnalistlәr Federasiyasının, Beynәlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvüdür. Rusiya və Azərbaycan xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Rusiya Yazıçılar Birliyinin Vladimir Mayakovski ordeni, mətbuatın inkişafında xidmətlərinə görə Rusiya Jurnalistlər Birliyinin fəxri fərmanı və kosmonavtikaya aid publisistik məqalələrinə görə Rusiya Kosmonavtlar Federasiyasının “Kərim Kərimov medalı” ilə təltif olunmuşdur.